Timsah dayanacaqda məktəb avtobusunu gözləyir – VİDEO

ABŞ-ın Florida ştatında maraqlı hadisə yaşanıb. Belə ki, timsah məktəb avtobusunun dayanacaqlarından birində dayanıb, bu səbəbdən polis dayanacağı bağlamağa məcbur olub.
Avtosfer.az Oxu.az-a istinadən məlumatına görə, nəhəng sürünən yerə uzanaraq dayanacağı tərk etməkdən imtina edib. Onun artıq bir neçə gündür ki, hər gün azı 6 uşağın mindiyi avtobusu gözlədiyi bildirilir.
Hüquq mühafizə orqanı əməkdaşları dayanacağı hər tərəfdən bağlayıb, yırtıcını qovmağa başlayır, ancaq inadkar timsah yerindən tərpənmir ki, tərpənmir. “Təslim olan” polis əməkdaşları əraziyə vəhşi heyvanların ovlanması üzrə mütəxəsis çağırmalı olublar. O, timsahı tutaraq, vəhşi təbiətə buraxıb. Timsahların insanlara yaxınlaşması bölgədə hava temperaturunun yüksəlməsi ilə əlaqləndirilir. Ştat rəhbərliyi vətəndaşları küçədə onlarla rastlaşan zaman, yaxınlaşmamağa, onları yemləməyə çalışmamağa və yalnız icazə verilən göl və çaylarda çimməyə çağırıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












