“Tıxaclar insanların cərimə ödəməsi, töhmət alması ilə nəticələnir” - DEPUTAT

“Bakı şəhərində fəlakətli vəziyyət yaranıb. Narahat edici məqamlardan biri də heç kimə tıxaca görə işə gecikməsi üçün hansısa bir imtiyaz nəzərdə tutulmayıb.”
Bunu Avtosfer.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, paytaxtda tıxaclar sürücülər üçün ciddi problemlərdən biridir və həlli istiqamətində atılan addımların hələki effekti yoxdur. “Minlərlə insan işə gecikir ki, bu da hansısa formada cərimə ödəməsi və ya işdən töhmət alması ilə nəticələnir. Heç kim bunu güzəştli bir variant kimi düşünmür. Hətta metro ilə hərəkət edən insanlar belə bəzən saatlarla metroya girə bilmirlər”.
Deputat qeyd edib ki, vətəndaşların işə gəlmə və işdən çıxma vaxtları məsələsində böyük problem var:
“İctimai nəqliyatda da yerüstü nəqliyyat vasitələri avtobus, yeraltı nəqliyyat vasitəsi isə metrodur. Başqa bir alternativ yoxdur. Qatar yolu isə tıxac problemini həll edə biləcək mahiyyətdə deyil. Hətta bir sıra qatar stansiyaları əsas yaşayış məntəqələrindən uzaqda yerləşir. Bu səbəbdən ora çatmaq özü də bir problemdir”.
Təəssüf ki, vətəndaşlar kimi Bakının tıxac problemi də elə “tıxac”da qalıb.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












