Yol vermək üstündə mübahisə edən sürücülər bıçağa əl atdı - Polis onu axtarır - VİDEO

İki sürücü arasında baş verən mübahisə birinin digərini bıçaqlaması ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 20-də axşam saatlarında Türkiyənin İstanbul şəhərində qeydə alınıb.
Belə ki, Esenyurt rayonunun Namık Kamal küçəsində iki sürücü arasında yol vermək üstündə mübahisə düşüb. Qısa müddətdə böyüyən mübahisədə tərəflər maşından düşərək bir-birini təpik və yumruq zərbələri vurmağa başlayıblar. Sürücülərdən biri digər sürücünü ayağından bıçaqlayaraq hadisə yerindən uzaqlaşıb. Vəziyyəti görən ətrafdakı vətəndaşlar yaralıya ilkin tibbi yardım göstərərək təcili tibbi yardıma müraciət ediblər. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri yaralı sürücünü xəstəxanaya aparıblar.
Polis hadisə ilə əlaqədar araşdırma başlayıb.
Namiq Musayev
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO












