Yolda "qaçdı-tutdu" oynayan sürücülər Penitensiar Xidmətin kortecinə təhlükə yaratdı - VİDEO

Bəzən sürücülər arasında yaranmış konflikt yoldakı digər nəqliyyat vasitələrinə də təsir edir. Xüsusilə öndəki avtomobilin arxadan gələn nəqliyyat vasitəsinə yol verməməsi sürücülər arasında geniş yayılıb. Bu halda əsəbiləşən sürücü sükan arxasında olduğunu unudur və “qisas” almağa çalışır. Belə ki, o, yol verməyən sürücünü sıxışdırır, yaxud təqib edərək təhlükəli manevrlər edir. Bu isə çox vaxt digər avtomobillərin hərəkətinə əngəl törədir və vəziyyətdən xəbərsiz olan sürücülər qəza şəraitiylə üz-üzə qalır.
Lakin bu tip sürücülər unutmamalıdır ki, yolda yaratdıqları sürtüşmələr böyük qəzalara səbəb ola bilər.
Qeyd etdiyimiz halla bağlı paytaxtın Heydər Əliyev prospektində təhlükə saçan sürücülər görüntülənib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün (22 dekabr) səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 99-ZS-834 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı və 99-HC-510 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillər yolda təhlükəli manevrlər ediblər. Belə ki, sol zolaqdakı “Nissan” anidən sağa keçərək hərəkətdə olan Penitensiar Xidmətin maşınına qəza riski yaradıb. Onu təqib edən “Mercedes” sürücüsü də sağa manevr edib və Xidməti maşına ikinci dəfə təhlükə yaradıb. Lakin peşəkar sürücü anidən sol zolağa keçərək yaranmış vəziyyətdən çıxmağı bacarıb. Qayda pozan sürücülər isə yolu zəbt edərək mübahisələrinə davam ediblər.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












