Alman avtomobil nəhənginin gəlirləri Çinə görə çöküb
Avtoxəbər
25 Oktyabr 2024 17:24

"Mercedes-Benz"in üçüncü rübün nəticələrinə görə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalaraq 2.52 milyard avro təşkil edib.
Avtosfer.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.
İyul-sentyabr ayları ərzində marja (satışların rentabelliyi, buraxılış qiyməti ilə maya dəyəri arasında olan fərqdir - red.) hədəf göstəricisi 8 faiz olduğu halda reallıqda 4.7 faizə qədər azalıb.
Bundan əlavə, bu, 2021-ci ilin sonundan bəri ən aşağı marja səviyyəsidir.
Qeyd olunub ki, Çindəki iqtisadi tənəzzül alman avtomobil nəhənginə ağır zərbə vurub. Belə ki, markanın avtomobillərinə, xüsusən "S-Class" və "Maybach" modellərinə tələb nəzərəçarpacaq dərəcədə azalıb.
(oxu.az)
Oxunub : 818
DİGƏR XƏBƏRLƏR
25 Oktyabr 2026 13:37
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
24 Oktyabr 2026 23:47
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
23 Oktyabr 2026 22:52
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
22 Oktyabr 2026 23:59
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
22 Oktyabr 2026 19:33
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22 Oktyabr 2026 16:41
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
22 Oktyabr 2026 13:18
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
21 Oktyabr 2026 16:41
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
20 Oktyabr 2026 15:14
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
20 Oktyabr 2026 14:18
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
19 Oktyabr 2026 20:59
Ən az enerji sərf edən elektromobil bəlli oldu
19 Oktyabr 2026 17:09
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
ŞƏRH YAZ












