Avtomobil təkəri bazarında durğunluq VİDEO

Hava soyuduqca avtomobilləri də qışa hazırlamaq lazımdır. Ustalar deyirlər ki, qar yağana qədər avtomobillərinin şinləri köhnə olan sürücülər bunu dəyişməlidirlər. Bəs təkər bazarında vəziyyət necədir? Sürücülər büdcələrinə uyğun keyfiyyətli şin ala bilirlərmi?
Çəkiliş zamanı məlum oldu ki, hazırda bazardakı ən ucuz şinlər Çindən, ən bahalıları isə Avropadan gələnlərdir.
Avtosfer.az xəbər verir ki, qış yaxınlaşdıqca avtomobillərdə dəyişilməsi vacib olanlardan biri də onun şinləridir. Amma nədənsə bəzi sürücülər sanki buna elə də diqqət etmirlər. Təkər bazarında yaşanan durğunluq bunu deməyə əsas verir.
Satıcılar deyirlər ki, istehsal edildiyi ölkə və keyfiyyətinə görə şinlərin qiymətləri müxtəlifdir. Hər bir müştəri cibinə uyğun təzə şini rahatlıqla bazarda tapa bilir. Bəs tələb hansı ölkədə istehsal olunanlardır?
Satıcılar deyirlər ki, Azərbaycanda qış o qədər də sərt keçmədiyindən sürücülər bu fəslin şinlərinə elə də maraq göstərmirlər. Yəni dörd fəsil şinə üstünlük verirlər.
İşlənmişlərə gəldikdə isə satıcılar deyirlər ki, əsasən Avropadan gətirilən şinlərə maraq var. Bunların da qiymətləri ən kiçik ölçülərdə 60 manatdan başlayır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












