Elektromobil alarkən nələrə diqqət YETİRİLMƏLİDİR?

Avtoxəbər 26 Oktyabr 2024 17:17 Oxunub 4510
Elektromobil alarkən nələrə diqqət YETİRİLMƏLİDİR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə elektromobillərə maraq günbəgün artır. Azərbaycanda avtomobil  bazarına yeni daxil olduğu üçün insanlarda maraq yaradır. Ona görə də, maşın alarkən elektromobillərəyönəlirlər. Amma bu avtomobillərin bazarda yeni olması da bəzi suallar doğurur.

Bəzi sürücülər bildirirlər ki, böyük xərc çəkib maşın alarkən bir çox müsbət tərəflərinə görə elektromobil seçsələr də, peşman olublar. Belə ki, yayda avtomobili sürmək rahat olsa da, yağışlı günlərdə onların maksimum gediş məsafəsi aşağı düşür. Bu da sürücülərin mənzil başına çatmasında problemlər yaradır.

Elektromobil alarkən nələrə diqqət edilməli? 


Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, elektromobil alarkən diqqət edilməli məqamlar var.

“Belə hallarla rastlaşmamaq üçün alıcılar həmin maşınınAzərbaycana rəsmi qaydada gətirilib-gətirilmədiyinə diqqət etməlidirlər. Əsasən də həmin avtomobilin Azərbaycanda ehtiyyat hissələrinin, servis mərkəzinin olub-olmadığına fikir verməlidirlər”.

“Elektromobillər üçün enerji doldurma məntəqələri yetərli sayda deyil”

Eldəniz Cəfərov qeyd edib ki, Azərbaycanda elektromobilə maraq çox olsa da, tələbat azdır. Tələbatın az olmasını da hələ ölkəmizdə elektromobillərə tam keçidin mümkün olmaması ilə əlaqələndirib:

“Elektromobillər üçün enerji doldurma məntəqələrinin sayı azdır, bu da sürücülərə çətinlik yaradan başqa bir amildir”.

(bizim.media)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh