Suda batmış avtomobilləri alarkən necə ayırd edək? – AÇIQLAMA

Ötən günlərdə güclü yağan yağış nəticəsində çox sayda avtomabil suyun altında qalaraq zərər gördü. Bu da sürücülərdə sonradan həmin avtomobilləri satışa çıxara bilməyəcəklərinə dair narahatlıq yaradıb. Həm də maşınlarının suyun altında qalması onları əlavə xərcə salıb.
Maraqlıdır, avtomobilin içərisinə su dolmuş mühərrikində hansı problemlər yaranır?
Ümumiyyətlə, satış zamanı maşınların suyun altında qalmış olduğunu necə ayırd etmək olar?
Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Raqif Raufoğlu Bizim.Media-ya suyun maşına vurduğu zərərlərdən danışıb. Onun sözlərinə görə su dolmuş avtomobilin drenaj sistemi də tutula bilər:
“Insanlar suyun çox olduğu yerə girəndə düşünürlər ki, şüşələri qaldıracaq, heç nə olmayacaq.
Sürücü birinci diqqət etməlidir ki, mühərrikxana suya girməsin. Çünki hər bir mühərrikin içində hava qəbul edən şlank var ki hava payını ordan götürür. Əgər ora su girsə, mühərrik dağıla bilər. Maşınların əksəriyyətinin oturacaqlarının altındakı döşəməsində beyinlər olur. Ən çox ondan qorxmaq lazımdı. Beyinə su getsə, o da böyük bir xərcdir. Bəzən maşının drenaj sistemi də tutula bilər”.
“Alıcılar aldanır”
Ekspert alıcıların diqqət etməli olduğu məqamları da vurğulayıb.
“Müxtəlif səbəblərdən içinə su dolan avtomobilin sonralar fəsadı çürümələrlə meydana çıxa bilər. Sürücü həmin maşının əvvəldən suda batdığını bilmədən alsa, sonradan maşının çürüdüyünü görə bilər. Ya da rənglənməsindən, paslanmadan bilmək olar. Təəssüf ki, satıcılar bunu gizlədərək alıcıları aldada bilirlər”.
Maşın almaq istəyənlərin nəzərinə! - Vəziyyət dəyişir
Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Akkumulyatoru necə düzgün çıxarmalı? - FOTO
Radiatoru korroziyadan necə qorumaq olar? - FOTO
Avtomobillərə maraq niyə azalıb? - Maşın bazarında durğunluq - VİDEO
Avtomobil bazarı saxta detalların əsirinə çevrilib? – ""Zirzəmi malları"orijinal adı ilə satılır"
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır - FOTO
"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?
Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİR - VİDEO
“Cip”lər yollardakı çuxurları böyüdür - TƏDQİQAT
Ölülər də maşın sürür - ETİBARNAMƏNİN DAHA BİR FƏSADI








