Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO

Stop nişanının tələbinin pozulmasına dair radara düşən görüntülər müzakirələrə səbəb olub. Belə ki, sürücü nişanın tələbinə uyğun olaraq dayansa da, ona cərimə yazılıb.
Mövcud nişanın tələbi dəqiq olaraq necə olmalıdır?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında söyləyib ki, bir çox sürücü "Yol ver" və "Stop" nişanlarını bir-biri ilə qarışdırır:
![]()
"Bu videoda da görünür ki, sürücü "Stop" nişanına "Yol ver" nişanı kimi yanaşıb. Halbuki bu iki nişan arasında ciddi fərq var. "Stop" nişanı olduqda sürücü nişana çatdıqda avtomobili tam dayandırmalıdır. Bundan sonra bir-iki saniyə ətrafa, sağa və sola baxmalı, kəsişmədə təhlükəsizliyə tam əmin olduqdan sonra hərəkətini davam etdirməlidir. Burada isə sürücü tam dayanmayıb. Sadəcə, yolun açıq olduğunu görüb, ani şəkildə sürəti azaldaraq hərəkətinə davam edib. Yəni faktiki olaraq "Stop" nişanının tələbini yerinə yetirməyib, "Yol ver" nişanı kimi davranıb. Buna görə də sürücüyə yazılan cəriməni haqlı hesab etmək olar".
Onun sözlərinə görə, sürücülərimizin bir çoxu məhz bu məqamı düzgün başa düşmür və düşünür ki, yolda hər hansı təhlükə görünmürsə, yavaşlayaraq hərəkətə davam etmək kifayətdir:
"Halbuki "Stop" nişanının tələbi fərqlidir: avtomobil mütləq tam dayanmalıdır. Bu nişan da hər yerdə quraşdırılmır, əsasən, sürücünün xüsusilə diqqətli olmalı olduğu, kəsişmələrdə və digər təhlükəli nöqtələrdə hərəkətin təhlükəsizliyinin təmin edilməsinin vacib olduğu yerlərdə tətbiq edilir. Məqsəd sürücünün sadəcə yolu boş görməsi deyil, bütün istiqamətləri yoxlaması və hərəkətinin təhlükəsizliyinə əmin olmasıdır. Bu videoda da görünür ki, sürücü həmin tələbə əməl etməyib".
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir












