20 ildir fəaliyyət göstərən kafeyə səkini kim satıb? - FOTO

Paytaxtda səki zəbtinə dövlət qurumları göz yumur.
Avtosfer.az xəbər verir ki, Bakının Nizami rayonunda səki 20 ilə yaxın müddətdir fəliyyət göstərən kafe tərəfindən zəbt edilir və həmin kafeyə gözüm üstdə qaşın var deyən yoxdur.

Belə ki, rayonun Qara Qarayev prospektində, “Neftçilər” metro stansiyasından “Qara Qarayev” metro stansiyasına gedən yolda böyük bir əraziyə sahib “Təbiət” kafesinin sahibinin gözü doymayıb. Kafenin ərazisini genişləndirmək məqsədilə səkinin böyük bir hissəsini şəxsi mülkünə çevirib. Məsələ ondadır ki, obyekt bu addımı atarkən qanunsuzluğa gözünü yuman Nizami Rayon İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də prospektin həmin hissəsində bir neçə il apardıqları təmir işləri zamanı kafenin özbaşınalığına heç bir reaksiya verməyib.
Məsələ ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun sektor müdiri Cavid Qafarov sorğumuza cavab olaraq bildirdi ki, icra hakimiyyətinin özəl mülkiyyətçinin əmlakını, onun hansısa hissəsini sökmək səlahiyyəti yoxdur.
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən açıqlama almağa çalışsaq da, nə agentliyin daxili nömrələrinə, nə də mətbuat xidmətinin nömrəsinə cavab verən olmadı.
Ərazinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub və istifadəçilər kinayə ilə bildirib ki, həmin səkidə əhalinin məhz təhlükəyə atılması üçün hər addım atılıb. Sakinlər aidiyyəti qurumların yaranan vəziyyəti tezliklə düzəltməyini gözlədiklərini vurğulayıb.
Səfər
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










