"Artıq istənilən şəxs taksi sürücüsü ola bilməyəcək" - Sürücülər növbəti imtahanı verəcəklər

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi oktyabrın 6-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.
Məsələ ilə bağlı açıqlma verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, taksi sürücülərinin imtahan verməsi artıq sürücülüyün də bir peşə kimi təsbit olunması deməkdir:

“Əvvəlki dövrlərdəki kimi, hər ürəyi istəyən şəxs əyləncə və digər məqsədlər naminə taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.
Bu imtahanların sualları da o qədər də çətin deyil. Peşəkar sürücü üçün bu imtahanı vermək asandır. Bu, sürücülük vəsiqəsi imtahanı kimi çətin deyil. Sadəcə burada müəyyən etik və davranış qaydaları ilə bağlı müəyyən məsələlər var.
Bildiyiniz kimi, bu imtahanlar mütəmadi keçirilir. Yəni vaxtaşırı olaraq bir dəfə imtahandan keçə bilməyən sürücünün şansı var ki, növbəti dəfələrdə gedib yenidən imtahan versin”.
(demokrat.az)
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












