Astana, Aşqabad və Pekin nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edib

Qazaxıstan, Türkmənistan və Çin "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsini müzakirə edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qurumun rəhbərliyinin Çinə işgüzar səfəri çərçivəsində nümayəndə heyəti Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Mammet Axməmmədov və Çin Kommunist Partiyasının Tszinxua şəhər partiya komitəsinin katibi Çju Çunle ilə görüşüb.
"Tərəflər "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı və tranzit potensialının gücləndirilməsi məsələlərini müzakirə ediblər. Multimodal daşımalar və logistika marşrutlarının inteqrasiyası sahəsində birgə layihələrə xüsusi diqqət yetirilib", - məlumatda bildirilib.
"Qazaxıstan Dəmir Yolları"nın İdarə Heyətinin sədri Talqat Aldıbergenovun Sian meri Ye Nyupin ilə görüşündə nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi, yük daşımalarının həcminin artırılması və beynəlxalq marşrutların gücləndirilməsi məsələləri, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) koordinasiya müzakirə edilib.
Eyni zamanda, "Qazaxıstan Dəmir Yolları", Azərbaycan və Gürcüstan dəmir yolları, Sian şəhər meriyası və Türkiyə dəmir yollarının nümayəndələri arasında dördtərəfli görüş keçirilib.
"İştirakçılar TBNM-in inkişafına sadiqliyini təsdiq edərək, infrastrukturun təkmilləşdirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və yük axınlarının koordinasiyası üzrə birgə addımlar barədə razılığa gəliblər", - məlumatda qeyd olunur.
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX












