Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA

Gündəm 12 Mart 2026 19:48
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Yaxın Şərqdəki geosiyasi gərginlik və müharibə neftin dünya bazarındakı qiymətlərini artırıb. Lakin bu artım Azərbaycanda benzin və dizel qiymətlərinə birbaşa təsir göstərməyəcək. Çünki ölkədə yanacaq qiymətləri bazar prinsipləri ilə deyil, Tarif Şurası tərəfindən tənzimlənir”.

Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar

O qeyd edib ki, benzin və dizelin qiyməti adətən illik inflyasiya, istehsal xərcləri və digər iqtisadi amillər nəzərə alınmaqla dəyişir. Praktikada isə qiymətlərin aşağı salınması halları demək olar ki, müşahidə olunmur, yəni ucuzlaşma ehtimalı çox aşağıdır:

“Benzin və dizelin bahalaşması yalnız o halda mümkündür ki, onların istehsal və ya logistika xərclərində artım baş versin. Hazırda dünya bazarında neftin qiymətinin artması isə əsasən dövlət büdcəsinə və Neft Fondunun gəlirlərinə müsbət təsir göstərir.

“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO

Bu baxımdan neftin bahalaşması Azərbaycan dövləti üçün müəyyən mənada əlverişli hesab olunur. Yanacağın ucuzlaşması isə indiyədək faktiki olaraq yalnız bir dəfə baş verib və bu da digər yanacaq növlərinin qiymətində dəyişikliklə bağlı olub. Ümumiyyətlə, Azərbaycanda tez-tez istifadə olunan yanacaq növlərinin qiymətləri müəyyən edilərkən həm beynəlxalq bazar, həm də qonşu ölkələrdəki qiymətlər nəzərə alınır. Buna baxmayaraq, ölkə daxilində yanacaq qiymətləri bir çox dövlətlərlə müqayisədə hələ də aşağı səviyyədə qalır. Bu səbəbdən də yaxın dövrdə yanacağın ucuzlaşacağı ehtimalı çox aşağı qiymətləndirilir”.

Ekspertin sözlərinə görə, Azərbaycan neft ixracatçısı ölkə olduğuna görə daxildə qiymətlər hələlik stabil qalır. Yaxın Şərqdəki gərginliyin əsas təsiri isə dünya bazarında neftin bahalaşması və bunun nəticəsində büdcə gəlirlərinin artması ilə məhdudlaşır. /Metbuat.az/

Oxunub : 334
ŞƏRH YAZ
Ad

E-mail

Şərh