Azərbaycanda bu avtomobillər qadağan oluna bilər? - VACİB AÇIQLAMA

Özbəkistanda avtomobil parkının yenilənməsi istiqamətində mühüm qərar qəbul edilib. Fevral ayının əvvəlindən etibarən yaşı 50 ildən artıq olan avtomobillərin istismarına və yenidən qeydiyyata alınmasına rəsmi qadağa tətbiq olunub.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, ölkədə bu kateqoriyaya aid nəqliyyat vasitələri dövlət qeydiyyatından çıxarılıb və artıq yol hərəkətində iştirak edə bilməyəcək.
Qeyd edək ki, Özbəkistan avtomobil bazarında aktivlik də müşahidə olunur. Ötən ilin noyabr ayında ölkədə 101,1 min avtomobil satılıb. İllik satış artımı 6% təşkil edib. Ən yüksək dinamika Daşkənd şəhərində və Qaraqalpaqıstan bölgəsində qeydə alınıb - müvafiq olaraq 33,7% və 8%.
Maraqlıdır okşar praktika Azərbaycanda da tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, avtomobillərə tətbiq edilən qadağalar əksər hallarda utilizasiya mexanizmi ilə birbaşa əlaqəli olur:
"Ümumiyyətlə, hər hansı avtomobilin istismarının məhdudlaşdırılması utilizasiya prosesi ilə paralel aparılmalıdır. Əgər ölkədə yerli avtomobil istehsalı mövcuddursa və bu istehsal bazarın tələbatını ödəmək gücünə malikdirsə, bu cür qərarların icrası daha asan olur. Lakin yerli istehsal zəifdirsə və ya tələbatı tam qarşılamırsa, sadəcə qadağa tətbiq etməklə problemi həll etmək mümkün deyil".
Ekspert qeyd edib ki, Azərbaycanda da utilizasiya mexanizmi mövcuddur, lakin bu proses könüllü əsasda həyata keçirilir:
"Hazırkı sistemdə vətəndaş avtomobilini özü utilizasiya məntəqəsinə təhvil verməlidir və qarşılığında müəyyən məbləğ ödənilir. Bu, inzibati qadağadan daha çox təşviq xarakteri daşıyır. Əgər gələcəkdə yerli avtomobil istehsalı genişlənsə və bazarın ehtiyaclarını ödəyəcək səviyyəyə çatsa, o zaman Özbəkistan nümunəsində olduğu kimi daha sərt mexanizmlərin tətbiqi mümkün ola bilər. Çünki Özbəkistanda kifayət qədər güclü istehsal potensialına malik zavodlar fəaliyyət göstərir və bu müəssisələr daxili tələbatı qarşılamaq imkanına sahibdir".
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












