Azərbaycanda bu məhsullar kəskin bahalaşdı - SİYAHI

Azərbaycanda 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ötən müddətdə qiymətlərdə ciddi artımlar baş verib. Yüksək bahalaşma sürəti hesabına son 8 ildə (2015-2023) qiymətlərdə ümumi artım 81 faizə çatıb.
Avtosfer.az bildirir ki, ümumi bahalaşmada daha çox pay qida məhsullarına düşüb. Qida məhsullarının bazar dəyəri orta hesabla 110 faiz (2,1 dəfə), qeyri-qida məhsullarının dəyəri 69 faiz, pullu xidmətlərin dəyəri isə 54,6 faiz artıb.
2015-2023-cü illərdə ümumən bahalaşma yüksək olmaqla bərabər bəzi məhsullarda qiymət artımları digərlərindən kəskin fərqlənib. Son 8 ildə qiyməti ən çox artan məhsul kanalizasiya xidməti olub. Kanalizasiya xidmətinin qiyməti 5 dəfə artıb. Bahalaşma sürətinə görə ikinci sırada tərəvəz məhsulları dayanır. Ötən müddətdə tərəvəzlərin qiyməti orta hesabla 3,65 dəfə artıb. 2015-ci ildə 100 manata alınan tərəvəz səbətini 2023-cü ilin sonunda 365 manata almaq mümkün olub.
Devalvasiyadan ötən müddət ərzində dəftərxana vasitələri də kəskin bahalaşıb. Bu malların dəyəri orta hesabla 2,53 dəfə artıb. Bahalaşma sürətinin böyük olmasına görə fərqlənən məhsullar arasında soyuq su xidmətinin (2,35 dəfə), tütün məmulatlarının (2,3 dəfə), hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin (2,28 dəfə), parçaların (2,17 dəfə), tibbi ləvazimatlarının (2,11 dəfə), xalçaların (2,1 dəfə), kərə və bitki yağlarının (2,04 dəfə), çay, qəhvə və kofenin (2 dəfə) adını çəkmək olar.
Son 8 ildə adıçəkilən məhsulların dəyərinin kəskin şəkildə artması əhalinin ümumi istehlak xərclərində də ciddi artıma səbəb olub. 2015-ci ildə bir ayda adambaşına istehlak xərcləri 300 manat olduğu halda, 2023-cü ilin sonunda xərclər 595 manata yüksəlib.
Mənbə: sfera.az
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Təmassız ödənişlərin sürətlə artımı ölkə iqtisadiyyatına necə təsir edir? – Mütəxəssis RƏYİ
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ








