Azərbaycanda dizel bahalaşacaq - Yeni qiymət belə ola bilər

Hazırda ən sərfəli yanacaq növlərindən hesab edilən dizelin qiymətinin yanvardan bahalaşacağı ilə bağlı yayılan iddialar gündəmdədir. Bəs dizel yanacağı gələn ildən bahalaşa bilərmi?
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, qiymət artımı ilə bağlı sürprizlərə hər zaman hazır olmaq lazımdır.
Ekspertin sözlərinə görə, hər il, xüsusilə də yeni il ərəfəsində həm benzin, həm dizel yanacağının bahalaşması müşahidə olunur:
“Bu artıq dövlətin Tarif Şurasının, SOCAR-ın və digər qurumların öz aralarındakı razılaşmalar əsasında qəfil ortaya çıxan məsələlər olur. Proqnozlar əvvəlcədən formalaşdırılır, müəyyən müzakirələr gedir ki, qiymətlər arta bilər. Çünki bunu ərzaqdan tutmuş digər istehlak mallarına qədər bütün sahələrdə görürük. Dizel də istisna deyil.”
İlqar Hüseynli xatırladıb ki, bir müddət əvvəl 80 qəpiyə satılan dizelin qiyməti bir qərarla 20 qəpik artırılaraq 1 manata çatdırıldı ki, bu da 20 faizlik bahalaşma demək idi.
Ekspert gələcək qiymət artımının da mümkün olduğunu istisna etmir:
“Ola bilsin ki, yaxın illərdə dizelin qiyməti 1 manat 10 qəpik, 1 manat 20 qəpik olsun. Bu, proqnozlaşdırılan haldır. Amma bunun dəqiq olaraq 2026-cı ilin yanvarında, yoxsa ilin ortasında baş verəcəyini demək çətindir.”/konkret.az
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












