Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

İnternetin qiyməti qalxandan sonra, yəni aylıq ödəniş 25 manat olandan sonra abunəçilərə 100 Mbit/s -nin təklif ediləcəyi bildirilsə də, internetin sürəti deyiləndən aşağıdır. Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə müştərilər “Aztelekom” və “Baktelecom”dan şikayətçi olduqlarını bildiriblər.
Avtosfer.az xəbər verir ki,məsələ ilə bağlı "referans"a cavab verən “Aztelekom”un məlumatında bildirilib ki, internet xidmətinin təminatı istiqamətində hazırda kütləvi nasazlıq müşahidə olunmur. İnternetin sürətində yaranan problemlər fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi səbəbindən ola bilər:
“Belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır”.
Açıqlamada bildirilib ki, internetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur:
“Həmin səbəblər aşağıdakılardır:
Cihazların uyğunluğu. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur.
Modem və marşrutlaşdırıcının konfiqurasiyası. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.
Dalğaların konfiqurasiya olunmaması. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq”.
Sonda abunəçilərin nəzərinə çatdırılıb ki, yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən isə “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










