Azərbaycanı təhqir edən Amuli ÖLDÜRÜLDÜ

İranda yüksək vəzifəli din xadiminin ölümü ilə bağlı məlumatlar yayılıb. Söhbət ölkənin Ərdəbil əyalətində fəaliyyət göstərən tanınmış dini fiqurlardan biri – Həsən Amulidən gedir.
Avtosfer.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və şəhərin cümə imamı olan Həsən Amulinin öldüyü bildirilir. Bu barədə İranda fəaliyyət göstərən sosial şəbəkə fəalları müxtəlif paylaşımlar edərək məlumat yayıblar.
İddialara əsasən, Həsən Amuli ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hava zərbələri zamanı həyatını itirib. Hadisənin hansı şəraitdə baş verdiyi və hücumun dəqiq harada həyata keçirildiyi ilə bağlı hələlik rəsmi mənbələr tərəfindən ətraflı açıqlama verilməyib.
Hazırda İranın rəsmi qurumları bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Buna görə də məlumatın dəqiqliyi ilə bağlı müxtəlif müzakirələr davam edir. Bununla belə, sosial mediada yayılan xəbərlər qısa müddətdə geniş rezonans doğurub.
Qeyd edək ki, Həsən Amuli son illərdə Azərbaycanla bağlı səsləndirdiyi bəzi sərt və mübahisəli açıqlamaları ilə də gündəmə gəlmişdi. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə onun Azərbaycan dövləti və xalqı barədə səsləndirdiyi bəyanatlar cəmiyyətdə ciddi narazılıq yaratmışdı.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












