Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya

"Bu gün yenidən Qara dənizdə, Rumıniyanın ərazi sularından kənarda baş verənlər qəbuledilməzdir və beynəlxalq hüququn, xüsusilə də dəniz gəmiçiliyi azadlığı prinsipinin kobud şəkildə pozulmasıdır. Bu, Rusiyanın gərginliyi artırmasının nəticəsidir".
Avtosfer.az xəbər verir ki, bu sözləri Rumıniya Baş naziri Luka Nikulesku bildirib:
"Məsul qurumlarımızla daim əlaqədə olmuşam. Hazırda səylərimiz insanların həyatının xilas edilməsinə və dənizçilərin təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Dəniz gəmiçiliyi azadlığını və dəniz təhlükəsizliyini təmin etmək üçün müttəfiqlərimizlə birgə səylərimizi davam etdirəcək, Bolqarıstan və Türkiyə ilə koordinasiyanı gücləndirəcəyik.
Rumıniyanın NATO müttəfiqləri səviyyəsində apardığı danışıqlar və təşəbbüslər nəticəsində ölkəmiz əlavə təchizat və avadanlıqlarla təmin olunacaq".
***
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qara dənizdə Rusiya tərəfindən gərginliyin növbəti dəfə artmasından ciddi şəkildə narahat olduğunu bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə AK sədri özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Fon der Lyayen qeyd edib ki, bu düşüncəsiz hücumlar günahsız insanları hədəf alır və beynəlxalq hüquqa açıq şəkildə meydan oxumaqdır. O, həmçinin həyatını itirən dənizçinin ailəsinə başsağlığı verib və hazırda itkin düşmüş hesab olunan üç heyət üzvünün yaxınlarının yanında olduğunu vurğulayıb.
Avropa Komissiyasının rəhbəri axtarışları davam etdirən xilasetmə qruplarına öz minnətdarlığını bildirib.
Avtosfer.az-ın "Agerpres"ə istinadən verdiyi məlumata görə isə Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu ticarət gəmisinin batmasında Rusiyanı günahlandırıb.
"Bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiya prosesinin bir hissəsidir", - deyə Rumıniya Prezidenti bildirib.
Qeyd edək ki, bu gün Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu "Khoryv" adlı ticarət gəmisinin Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batdığına dair məlumat yayılıb. Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır.
Hadisə nəticəsində bir dənizçinin öldüyü, 3 nəfərin itkin düşdüyü, 9 nəfərin isə xilas edildiyi bildirilib.
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO












