Bakıda 20-ə yaxın əcnəbi TIR sürücüsünü aldadan şəxs saxlanıldı - VİDEO

Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edən şəxsin görüntüləri yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xarici ölkə vətəndaşlarının etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan əvvəllər məhkum olunmuş Aydın Qambayev saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü xaricə müxtəlif təyinatlı məhsullar ixrac edən iş adamı kimi təqdim edib.
Aydın Qambayev Bakı şəhərində olan və beynəlxalq yükdaşıma ilə məşğul olan müxtəlif xarici ölkə vətəndaşları olan "TIR" sürücülərini guya onların avtomobilləri ilə yük göndərəcəyi adı altında aldadaraq zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Aydın Qambayev 20-ə yaxın "TIR" sürücüsünü dələduzluq yolu ilə aldadıb.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aydın Qambayevin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
"Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












