Bakıda bu küçələrin adları dəyişdiriləcək

Bakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək.
Avtosfer.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiya bu istiqamətdə aktiv iş aparır. Ümumi qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək.
Komissiyanın sədr müavini Elmin İmanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq adları dəyişdiriləcək küçələrin, yeni məhəllələrin siyahısı hazırlanıb. Onun sözlərinə görə, pasportlaşdırma mərhələsində Bakı rayonlarının icra başçılarının müavinləri də iştirak edirlər.

“Hazırlanan siyahı əsasında dəyişim, yenilənmə həyata keçiriləcək. Yeni adlar verilərkən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin adlarının qanunvericiliyə uyğun olaraq əbədiləşdirilməsi, Azərbaycana xidmətlərinə görə, ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən şəxslərin adlarının küçələrə verilməsi nəzərə alınacaq”, - deyə Elmin İmanov vurğulayıb.
Qeyd edək ki, üç il öncə Modern.az saytı Bakıdakı qəribə küçə adları ilə bağlı siyahı yaymışdı. Binəqədi rayonunda yerləşən “Keçid məhəllə”, “Vtorçermet - Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci - 15 ci sıra küçələri”, “Vorovski”, “Xutor”, Yasamal rayonu ərazisindəki “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” küçələri, “İnşaatçılar” prospekti və s. kimi küçələr həmin siyahıda yer almışdı.
2019-cu ildə hazırlanan xəbərə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən qeyd olunan küçələrin adlarının dəyişdiriləcəyi bildirilmişdi.
Bu ilin aprel ayında isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Komissiyaya adları çəkilən və digər küçələrin yer aldığı siyahı təqdim olunub.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










