Bank kartlarından pul oğurlayan şəxs peyda oldu: "Kart şəkli göndərin 50 faizi sizin olsun..." - FOTO

Bakıda dələduzluqla məşğul olan şəxs barəsində oxuculardan biri redaksiyamızın qaynar xəttinə məlumat göndərib. Avtosfer.az xəbər verir ki, özünü sosial şəbəkə hesablarını bərpa edən biri kimi təqdim edən Məcnun adlı şəxsin fırıldaqçılıqla məşğul olduğu üzə çıxıb.
Belə ki, o, xarici ölkə vətəndaşlarının bank kartlarını ələ keçirərək onların pullarını mənimsəyir. Bu barədə paylaşımlar edən həmin şəxs insanlara çağırış edərək "xarici kart tapıb atın işləyək. Pulları çəkim 50 faiz sənin, 50 faiz də mənim. Gedin Ruslarla türklərlə danışın, başlarını bişirin kartlarını alın atın mənə. Ən çox visa, master card, zirraat olsun. 2 dəqiqəyə pulları çəkim" -deyərək digər insanları da dələduzluğa sövq edib.
Etdiyi paylaşımların birində ona Birləşmiş Ərəb Əmirliklərinə məxsus kart şəklinin göndərildiyi də öz əksini tapıb.
Ümid edirik ki, hüquq-mühafizə orqanları həmin şəxs barəsində araşdırmalara başlayacaq.
Fərid
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
















