“Bolt” sürücüləri aksiyaya hazırlaşırlar - Şirkəti boykot edəcəklər
Gündəm
23 May 2022 16:04

“Bolt” şirkətində çalışan sürücülər etiraz aksiyası keçirməyə hazırlaşır.
Bu barədə sürücülərdən biri və eyni zamanda aksiyanın təşkilatçısı Nicat Məmmədov sosial şəbəkə məlumat yayıb.
O, bildirib ki, 27 may, axşam saat 5-7 arası bütün Bolt sürücüləri hamı birdən programı bağlayıb Boltu boykot edəcəklər. “Bu 2 saat ərzində kim ki, gündəlik arenda verir, başqa şirkətin programı ilə işləyə bilər, təki Bolt bağlı olsun”.
N.Məmmədov qeyd edib ki, eyni zamanda boykot ərzində hər kəs öz müştəri programından girib mərkəz (Sahil, 28 may, İşərişəhər) ərazilərə “Bolt”dan sifariş verəcək. “Yəni, olduğumuz yeri, məsələn, 28 Mall, Hökümət Evi, Sahil metrosu, Qız Qalası və s. göstərərək, həmin yerlərə taksi çağıracayıq. Sifarişi qəbul edən sürücüyə məlumat verəcəyik ki, saat 5-dən 7-yə kimi hamı programı bağlayıb, sən də bağla. Beləcə boykotdan məlumatı olmayan şəxsləri də boykota dəvət edəcəyik”.
Təşkilatçının verdiyi məlumata görə, bu boykotun 1-ci mərhələsidir. “2 saat aralığında vaxtı ona görə qoymuşuq ki, bütün gücümüzü 2 saat vaxta sərf edib daha çox effektiv olaq. Bu saat aralığı növbəti günlərdə daha da çoxaldılacaq, nə vaxta qədər ki, “Bolt” məcbur qalıb bizim tələbləri yerinə yetirəcək”.
afn.az
Oxunub : 3420
DİGƏR XƏBƏRLƏR
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
2 Oktyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
1 Oktyabr 2026 21:30
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
1 Oktyabr 2026 18:05
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
1 Oktyabr 2026 12:30
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
1 Oktyabr 2026 10:23
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
ŞƏRH YAZ












