Çelsinin iddiaları ilə bağlı Pirməmmədovlardan - Açıqlama

Artıq bir müddətdir ki, bloqer Çelsi Baxşıyevanın Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Anar Pirməmmədovla bağlı səsləndirdiyi fikirlər gündəmi zəbt edib. Belə ki, o, A.Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki övlad atası olduğunu öyrəndiyini bildirib. Bloqer bununla bağlı silsilə videolar paylaşaraq Pirməmmədovlar ailəsi tərəfindən təhdid olunduğunu iddia edib.
Avtosfer.az xəbər verir ki, Anar Pirməmmədovun əmisi, Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədov Manset.az-a açıqlamasında hadisədən məyus olduqlarını bildirib.
“Mən bu məsələyə mat qalmışam, nə deyəcəyimi bilmirəm. Bu hadisə 4 il əvvəl baş verib. Özləri bilər, bir də Allah bilər. Qardaşımla da bu barədə danışmışıq. Anar ailəli adamdır, istəməzdik belə bir hal yaşansın. Bu qız isə hələ də ondan əl çəkmir. Məqsədinin nə olduğunu bilmirik. Qardaşım oğlu bu faktı gizlətmir, aralarında münasibət olub. Anar müəllimin iki övladı var. Mən bu hadisədən sonradan xəbər tutmuşam. Bu məsələ üzə çıxandan sonra Anar işdən çıxarıldı. Hazırda heç bir işlə məşğul deyil, evdədir. Çətin vəziyyətdir, ölkədə biabır oldu. Biz də narahatıq ki, uşağın ürəyi tutar, xəstə olar”, - İ.Pirməmmədov deyib.
Qeyd edək ki, Çelsi Baxşıyeva hazırda Azərbaycanda yaşamır.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












