“Daimler Truck” şirkəti Almaniyada 5 min iş yerini ixtisar edəcək

Almaniyanın yük avtomobilləri istehsalçısı “Daimler Truck” şirkəti 2030-cu ilədək ölkədə 5 min iş yerinin ixtisar olunacağını açıqlayıb. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, şirkətin açıqlamasında ixtisarların böyük hissəsinin təbii dövriyyə və qismən pensiyaya çıxma yolu ilə həyata keçiriləcəyi bildirilib. Bundan başqa, məqsədyönlü təzminat proqramlarının da həyata keçirilməsi planlaşdırılır. İxtisarlar əsasən Ştutqart yaxınlığındakı Laynfelden-Exterdinqen bölgəsində yerləşən müəssisədə aparılacaq. Ötən ilin sonunda bu bölgədə təxminən 28 min iş yeri olub. Ümumilikdə isə “Daimler Truck”ın Almaniyadakı müəssisələrində 35,5 min nəfər işləyir. “Daimler Truck”ın Avropa üzrə qənaət proqramı çərçivəsində xüsusilə son dövrlər zəifləyən “Mercedes-Benz Trucks” markasında istehsal, idarəetmə, satış, inzibati bölmələr və inkişaf sahələrində ixtisarlar həyata keçiriləcək. Təkcə əmək xərcləri deyil, eyni zamanda, materiallar, idarəetmə, IT infrastrukturu, tədqiqat və inkişaf xərcləri də azaldılacaq. Şirkətin Almaniyada ümumilikdə beş əsas zavodu fəaliyyət göstərir. Proqrama əsasən, təkrarlanan xərclərin 2030-cu ilədək 1 milyard avrodan çox azaldılması hədəflənir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












