DİM-dən imtahanından qeyri-məqbul qiymət alanlara MÜRACİƏT

Mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında “qeyri məqbul” alan, lakin ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməyə icazə verilir.
Avtosfer.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, mtahandan “məqbul” alan abituriyentlərlə yanaşı, “qeyri-məqbul” alan abituriyentlər də qabiliyyət imtahanlarında iştirak etmək üçün 27 may saat 23:59-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak etməli və “məqbul” qiymət almalıdırlar. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq. Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” qiymət alan abituriyentlər iştirak edə bilərlər.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












