DİN dindarların döyülmə iddialarına CAVAB VERDİ

Daxili İşlər Nazirliyi (DİN) Müsəlman Birliyi Hərəkatının üzvlərinin təzyiqlərə məruz qalması iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov Avtosfer.az-a verdiyi məlumata görə, qeyd edilən iddialar tamamilə əsassız və yalandır:
“Müsəlman Birliyi Hərəkatının iki üzvü Mail Kərimov və Süleyman Ələkbərov bildiriblər ki, mayın 20-də Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşdıqlarına görə polislər tərəfindən saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. İddia edirlər ki, qeyd olunan baş idarədə onlar təzyiq və təhdidlərə məruz qalıblar.
Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər.
Dünyanın ən inkişaf etmiş, ən demokratik ölkəsində polis belə halda mütləq silaha əl atır, müqavimət göstərən şəxsi sərt qaydada zərərsizləşdirərək barəsində ağır cəza tətbiq edir. Lakin bizim polis əməkdaşları hər iki şəxsi ərazi üzrə olan polis bölməsinə gətiriblər. Orada onlarla profilaktik söhbətlər aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
Lakin onlar polis bölməsindən çıxdıqdan sonra guya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqlarını, orada döyüldüklərini tirajlayıblar.
Adi inzibati qayda pozan şəxs nəinki həmin gün, ümumiyyətlə qeyd olunan baş idarəyə aparılmır. Çünki adından göründüyü kimi qurum hansısa inzibati xəta törədənlərlə deyil, mütəşəkkil cinayətkarlıqla mübarizə ilə məşğuldur.
O ki qaldı guya onların polis əməkdaşları tərəfindən döyülmələrinə, təhqir edilmələrinə, tamamilə yalan və uydurma iddialardır. Çox təəssüflə qeyd edirəm ki, Mail Kərimovun və Süleyman Ələkbərovun yalanlarına, polisə şər-böhtan atmalarına özlərini hüquq müdafiəçiləri adlandıran bəzi “hüquqşünas”lar da ortaq olublar və mətbuat konfransı keçirərək media təmsilçilərini də öz cəfəng iddialarına inandırmağa cəhd ediblər. Amma unudurlar ki, belə məqsədli şəkildə, qəsdən uydurulan əsassız iddiaları yaymaq hüquqi məsuliyyət yaradır”.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










