DİN rəsmisi: "Saxta FHN polkovnikinə kim salam veribsə, hamısını aldadıb"

"Özünü FHN polkovniki kimi təqdim edən Rasim Əhmədli ona kim salam veribsə, hamısını aldadıb, kim inanıbsa, zərər çəkib".
Bunu Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib. Saxta polkovnik Rasim Əhmədli əvvəllər də Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunub. Ötən ilin noyabrında dələduzluq əməlinə görə beynəlxalq axtarışa verilib. Saxlanılması üçün müvafiq tədbirlər görülür", - DİN rəsmisi bildirib.
Xatırladaq ki, R.Əhmədlinin növbəti dələduzluq əməlinin üstü Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayın sosial şəbəkədə etdiyi paylaşımdan sonra açılıb.
O paylaşımında bildirib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycanın FHN-nin polkovniki Rasim Əhmədli rəhbərlik etdiyi heyətlə Marmarisə gələrək təbii fəlakətlə mübarizə aparıb. M.Oktay həmin şəxslə yenidən görüşdüyünü yazıb. Bələdiyyə sədri özünü FHN polkovniki kimi təqdim edən şəxsə plaket təqdim edib və görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.
Bələdiyyə sədrinin paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmədli adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.
FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva da bildirib ki, həmin şəxs nazirlikdə işləmir.
Məlum olub ki, R.Əhmədli əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb. O, 2021-ci ilin noyabr ayından dələduzluq maddəsi ilə beynəlxalq axtarışa verilib.
Bakıda dərslər dayandırılıb? - AÇIQLAMA
Sürücülərə və şagirdlərə MÜRACİƏT – Piyada keçidlərində diqqətli olun!
Bakının bu yollarında tıxac var - SİYAHI - FOTO
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
Məmurlar hadisə yerinə getdi – Təhlükənin qarşısını almaq üçün tapşırıqlar verildi - VİDEO
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR
Bir sıra küçə və prospektlərdə hərəkət müvəqqəti məhdudlaşdırılacaq










