Dron hücumu nəticəsində xəsarət alanlardan birinin kimliyi bilindi - FOTOLAR - YENİLƏNİB

İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alanların vəziyyəti stabildir.
Avtosfer.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.
“Dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib. 2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri yerləşdiriliblər”, - deyə o vurğulayıb.
***14:14
Bu gün günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilməsi nəticəsində xəsarət alanlardan birinin kimliyi müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Xəstəxanasından bildirilib.
"Xəsarət alanlardan biri 1986-cı il təvəllüdlü Reyhanə Vəliyevadır. Onun durumu hazırda orta-ağır qiymətləndirilir. Müayinəsi müəssisədə davam etdirilir" - xəstəxanadan qeyd olunub.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.



***13:41
İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.
Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












