Emin Ağalarov: "Azərbaycan development sahəsinə investisiyalar üçün böyük potensiala malikdir"

"Azərbaycan development sahəsinə, o cümlədən turizm infrastrukturu və kurort istiqamətlərinin inkişafına investisiyalar üçün böyük potensiala malikdir".
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Sea Breeze” kurortunun təsisçisi və sahibi Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə bildirib.
Emin Ağalarov qeyd edib ki, bu ərəfədə forumda iştirak edən iri investisiya fondlarının nümayəndələri üçün “Sea Breeze”də tədbir təşkil olunmuşdu və orada layihənin investisiya imkanları barədə danışmışdı: “Bu gün burada gördüyümüz bəzi qonaqlar, iri fondların nümayəndələri üçün “Sea Breeze”də böyük tədbir, şam yeməyi təşkil etdik və orada layihənin investisiya imkanlarını daha ətraflı təqdim etmək imkanım oldu. Bu əlaqələri bu il və gələn il ərzində inkişaf etdirməyə davam edəcəyik. İnanıram ki, uğur qazanacağıq”.
Onun sözlərinə görə, “Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib, çünki bu, müəyyən təcrübəyə və inkişaf tarixinə malik layihədir.
“Beynəlxalq şirkətlər azı 20 ildir mövcud olan və son beş ildə çox böyük nəticələr göstərən bir layihəyə qoşula bilər”, - deyə o qeyd edib.
E. Ağalarov, həmçinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində investisiya perspektivlərini yüksək qiymətləndirib. O vurğulayıb ki, Azərbaycan yeni beynəlxalq kurort və əyləncə mərkəzi yaratmağa, Las-Vegas, Dubay və Mayami kimi məşhur turizm və əyləncə məkanına çevrilməyə qadirdir.
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO












