Eyni yola iki başlanğıc nöqtə - Yol xəritələrində xaos

"Hazırda respublikada bir sıra avtomobil yollarının başlanğıc nöqtələri müxtəlif inzibati və ictimai məkanlardan götürülür".
Avtosfer.az "TodayPressTV"yə istinadən xəbər verir ki, bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, bu xüsusilə yeni tikilən və yenidən təşkil olunan yol şəbəkəsində müəyyən uyğunsuzluqlar yaradır.
"Avtomobil yollarının indeksləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2005-ci il tarixli 1 nömrəli qərarı ilə tənzimlənir. Bununla belə, son illərdə inşa edilən yeni magistrallar və dəyişən marşrutlar mövcud sistemdə fərqliliklərə səbəb olub. Məsələn, yeni M3 Ələt-Astara-İran sərhədi avtomagistralının başlanğıcı M2 Bakı-Ələt-Qazax yolu ilə kəsişmə nöqtəsindən hesablanır. Eyni zamanda, yeni ödənişli M1 Bakı-Quba-Rusiya sərhədi avtomagistralının başlanğıcı isə köhnə M1 yolunun Yaşma ərazisindən götürülür. Bu isə eyni istiqamətdə fərqli “0 km” nöqtələrinin mövcudluğunu ortaya çıxarır".

Ekspert vurğulayıb ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən idarə olunan yol təsərrüfatında hüquqi əsaslar müəyyən olunsa da, “0 km” nöqtələrinin daha dəqiq və aktual şəkildə sistemləşdirilməsinə ehtiyac var.
"Avtomobil yolları haqqında” qanuna istinad edən mütəxəssis bildirib ki, respublika əhəmiyyətli yollar üçün başlanğıc nöqtə Bakı şəhərində Azadlıq meydanı, yerli yollar üçün isə yaşayış məntəqələrinin mərkəzi (poçt şöbəsi və ya digər ictimai bina), digər yollar üçün isə kəsişmə nöqtələri və ya obyekt sərhədləri əsas götürülür:
"Bu kontekstdə poçt şöbələrinin ünvan məlumatlarının da dəqiqləşdirilməsi vacibdir. “Azərpoçt”a məxsus şöbələrin ünvanları vahid ünvan portalı ilə inteqrasiya olunmalı, rəsmi mənbələrdə açıq şəkildə göstərilməli və rəqəmsal xəritə sistemləri ilə uyğunlaşdırılmalıdır".
Rauf Ağamirzəyev hesab edir ki, bu addımlar “0 km” başlanğıc nöqtələrinin düzgün müəyyən edilməsinə, vətəndaşların daha rahat istiqamətlənməsinə və ümumilikdə dövlət məlumat bazalarının sinxronlaşdırılmasına mühüm töhfə verə bilər.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











