Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Nazirlər Kabineti təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarında dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 390-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə hazırlanıb. Belə ki, adıçəkilən Qanunla Gömrük Məcəlləsinə edilmiş dəyişikliyə əsasən gömrük orqanları malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız bu Məcəllənin 252-ci maddəsinə (fakültativ (məcburi olmayan) təminat) uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər. Bununla əlaqədar Nazirlər Kabinetinin adıçəkilən qərarlarının Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması zərurəti yaranıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












