Gömrük Komitəsi beynəlxalq mükafata görə tələbədən rüsum aldı

Daha bir beynəlxalq yarışma qalibimiz öz mükafatını gömrükdə ödəniş etməklə əldə edib. Avtosfer.az xəbər verir ki, bu barədə Multimediya Mərkəzinin rəhbəri Osman Gündüz məlumat verib. O, bildirib ki, AzTU tələbəsi Apple şirkətinin hər il keçirdiyi Swift Student Challenge kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub.

“Bu yarışma çox spesifikdir, yarışma yalnız Apple şirkəti məhsulları üçün nəzərdə tutulan Swift proqramlaşdırma dili üzrə keçirilir. Mən bildiyim qədər Azərbaycanda bu tip bacarıqlara sahib olanların sayı barmaqla sayıla bilər. Qalib tələbəmiz şirkətdən rəsmi Sertifikat və Mükafat qazanıb. Apple bununla bağlı qalibə bildirişlər göndərib və Mükafatını da poçtla gönərib.”
Osman Gündüz bildirib ki, Apple kimi nüfuzlu bir şirkət göndəriş sənədində də göndərilən malın Mükafat olduğunu qeyd edib.
“Hər şey də bundan sonra başlanıb. Qalib tələbəmiz Smart Customs-da simvolik bir gömrük dəyərini qeyd edərək bəyan edib və böyük bir həvəslə mükafatı götürmək üçün Hava Limanındakı gömrük qurumuna gedib. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra Mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb Mükafatı qalibə veriblər. Belə görünür ki, DGK hələ də hədiyyə və mükafat məsələsinin gömrük tənzimlənməsini qaydaya sala bilməyib. Əlbəttə zaman –zaman hədiyyə ilə bağlı da belə problemlər olur. Amma DGK uzun illərdi ki, beynəlxalq yarışlarda qazanılan Mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir. Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki Nobel Mükafatı ( 1 milyon auro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş.”
Ekspert bildiib ki, çox sayda beynəlxalq yarışlarda mükafat qazanan vətəndaşlarımız da zaman-zaman belə problemlə üzləşiblər.
“Bu, doğru bir hal deyil və uzun müddətfdir ki, DGK bu problemi həll etməyə təşəbbüs göstərmir, hökumətə təkliflər vermir. DGK tez -tez elan edir ki , peşəkar, xaricdə oxuyub gələn kadrları var, gömrükdə süni intellekt və innovasiyalar tətbiq edirlər. Düşünürəm ki , əgər deyilənlər reallığı əks etdirirsə DGK-da əyləşənlər mükafatı hədiyyədən , hədiyyəni də digər mallardan fərqləndirən ağlabatan bir mexanizm qura bilərlər. Ümid edirəm nəzərə alacaqlar.”
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub










