"İran rejimi həddini aşarsa..." - Cənubi azərbaycanlılar nə kimi addım ata bilər? - VİDEO

Cənubi azərbaycanlı ekspert Elyar Türker İranın son dövrlərdəki hərəkətlərini və bölgədə yaratdığı gərginliyi kəskin şəkildə tənqid edib.
Avtosfer.az xəbər verir ki, E.Türkerin açıqlamalarına görə, İran rejimi siyasi və hərbi bir idarəetmə olmaqla bölgə ölkələrini təhdid etməkdə davam edir. O, İranın son zamanlarda həm Azərbaycana, həm də Türkiyəyə qarşı təhdidlər irəli sürdüyünü, xüsusilə də Naxçıvan bölgəsindəki son hücumları vurğulayıb. "İran, sadəcə, bu gün deyil, İkinci Qarabağ müharibəsində də Ermənistanın yanında yer aldı.
Barış Binali Hərəkatı zamanı da Türkiyənin deyil, Bəşər Əsədin yanında oldu. Hər iki halda da Güney Azərbaycan türkləri, yəni 35 milyon nəfərlik bir millət Azərbaycan və Türkiyənin yanında durdu", – deyə ekspert qeyd edib.
E.Türker İran rejiminin hərəkətlərinin bölgə üçün ciddi təhlükə yaratdığını və xüsusilə Güney Azərbaycan türklərinin öz haqlarını qorumaq üçün fəallaşmalarını gözlədiklərini bildirib:
"Əgər İran rejimi həddini bir az daha aşarsa, Güney Azərbaycan türkləri meydana çıxacaq və Azərbaycanın və Türkiyənin yanında duracaqlar".
Ekspert İranın bu təhdid və təcavüzkar hərəkətlərinin bölgədə sülh və sabitlik üçün ciddi bir təhlükə olduğunu və bu siyasətin uğursuz olacağını vurğulayıb.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












