İrana zərbələrin təsiri Azərbaycana da çata bilər - Ekoloqdan şok xəbərdarlıq

ABŞ-ın İrana zərbələri cənub sərhədimiz istiqamətində siyasi və iqtisadi deyil, həm də ekoloji təsirlərə malikdir. Belə hadisələr nəticəsində partlayışlar, yanğınlar və hərbi fəaliyyətlər havaya toz, zərərli qazlar və digər çirkləndiricilər buraxa bilər. Xüsusilə də havanın keyfiyyətinə təsir göstərən bu vəziyyətin sağlamlığa, ekosistemə və gündəlik həyata təsirləri var.
Hərbi hücumlar və raket partlayışları nəticəsində havaya hansı növ çirkləndiricilər buraxılır və bu insna sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan ekoloq Ənvər Əliyev bildirib:
“Müharibə ocaqları sərhədə yaxınlaşsa, əlbəttə ki, mənfi təsirləri olacaq. Fəsillərin dəyişilmə hallarında cənubdan bizə hava axınları çoxalır. Xüsusilə də havalar istiləşdikcə, Afrikanın şimalından gələn və İran tərəfdən cənub hava axınları çoxalır. Partlayışlar, raket hücumları müəyyən problemlər yarada bilər”.
“Problemin ən mühüm məqamı odur ki, külli miqdarda partlayışlar tüstü axınları ilə zəhərli qazlarla eyni mühitdə müəyyən qədər sağlamlığa zəzəri olar. Bunun ekosistemə və insanın nəfəs orqanlarına mühüm təsirləri var. Yaşından asılı olmayaraq hər kəsə təsir edəcək. Hələlik, yaxşı ki, müharibə ocaqları bizdən çox uzaqdadır. Partlayışların bura gəlib çıxmağı da problemlidir. Ona görə də diqqətli olmaq lazımdır. Belə hallarda dövlətlərarası müqavilələr var və insanların sağlamlığına təhdid olduqda, ölkəmiz xəbərdarlıq etməlidir”, — deyə Ənvər Əliyev qeyd edib.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












