İlk dərs günü tıxacın qarşısını almaq üçün böyük tədbir görüləcək - Bu şəxslər CƏRİMƏLƏNƏCƏK

Yeni tədris linin başlanmasına sayılı günlər qalıb. Tədris ilinin başlanması nə qədər xoş olsa da, paytaxt Bakıda sıxlıq və tıxacların daha artmasına səbəb olur.
Bakıda tıxac və sıxlıqların məktəb, universitet və digər təhsil ocaqlarının yaxınlığındakı yollarda daha çox qeydə alınmasını nəzərə alsaq, rəsmi qurum bunun qarşısını almaq üçün hansı addımlar atmağı düşünür?
Avtosfer.az xəbər verir ki, baku.ws Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) müraciət edib. NİİM-in Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov cavab olaraq bildirib ki, yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar:
"Mərkəzin əməkdaşları tərəfindən paytaxtın, xüsusilə də mərkəzi küçə və prospektlərində (bu vaxta qədər hansı küçə və prospektdə məktəblərin yaxınlığında sıxlıq yaranırdısa) həm təhsil ocaqlarının yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək.
Hansı ərazidə süni sıxlıq yaranacaqsa sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün 152 kəsişmədə olan işıqforlara verilən "yaşıl dalğa" rejimi artırılacaq".
Ömər Xıdırov əlavə edib ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər:
"Ümumilikdə isə qeyd etmək istəyirəm ki, təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Belə ki, şəxsi minik avtomobillərinin məktəblərin və universitetlərin yaxınlığında dayanma və durma qaydalarını pozmaqla saxlanılması, bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət ictimai nəqliyyatdan istifadə edib təhsil müəssisələrinə gələn digər hərəkət iştirakçılarının da yolda vaxt itirməsinə gətirib çıxarır".
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










