İlk Ulyanovsk-Bakı-Astara yük qatarı bu ay yola düşəcək

Sentyabrın sonunda Ulyanovsk (Rusiya Federasiyası) - Bakı (Azərbaycan) - Astara (İran) marşrutu üzrə birbaşa yük qatarı ilk dəfə yola düşəcək.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix regionun kompleks inkişafı üzrə qərargahın iclasında bildirib.
Qubernatorun sözlərinə görə, Ulyanovsk-Bakı-Astara yük bloku qatarının ilk heyəti "Orta Volqa-Xəzər-Fars" körfəzi dəhlizi çərçivəsində sentyabrın sonunda yola düşəcək.
Qatar azı 70 müxtəlif modifikasiyalı vaqon, o cümlədən qapalı çənlər, bunker tipli vaqonlardan ibarətdir.
Hər bir qatar 3,5 min ton müxtəlif məhsulların - aqrar-sənaye kompleksinin və ağac emalının məhsulları, habelə sənaye mallarının daşınması üçün nəzərdə tutulub.
A.Russkix əlavə edib ki, qatarın Azərbaycan, İran və qonşu ölkələrdə istehsal olunan mallarla yenidən yüklənməsi məsələsinə baxılır.
“Qeyd etmək istərdim ki, ixrac qatarı Sovet İttifaqı dövründən bu istiqamətdə hərəkət edən ilk qatar olacaq”, - vilayət rəhbəri vurğulayıb.
Xatırladaq ki, qatarın işə salınması Azərbaycanın Baş naziri Əli Əsədov ilə razılaşmaların, o cümlədən Rusiya və Azərbaycanın dəmir yolu qurumların koordinasiyalı işlərinin, Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin və digər qurumlarının dəstəyinin nəticəsidir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












