İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi - Nə baş verir?

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Priorun Azərbaycana səfəri diqqət çəkib.
Vaşinqton rəsmisi səfər çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bir araya gəlib. Görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.
Patrik Prioru Bakıya gətirən nədir? Onun Hikmət Hacıyevlə görüşündə hansı məqamlara toxunulub?
Avtosfer.az-ın məlumatına görə, “Globalinfo”ya danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ bir müddətdir Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində fəallıq nümayiş etdirir:
“Paralel olaraq, son zamanlar İranda bunun əksi yönündə fəallıq görünür. Həmçinin bir müddət əvvəl “Caliber” saytında ABŞ hərbi kontingentinin Zəngəzura yerləşdirilməsi barədə faktlara əsasən məlumat dərc edilmişdi. Doğrudur, ABŞ-ın Azərbaycandakı səfirliyi bu informasiyanı təkzib etdi, ancaq məlumatın əksini sübuta yetirəcək heç bir fakt təqdim olunmadı. ABŞ rəsmisinin səfərində bu məsələlər də müzakirə edilə bilər”.
Politoloqun sözlərinə görə, iki ölkə rəsmisinin görüş zamanı Zəngəzur dəhlizinin açılması məsələsini də müzakirə etməsi mümkündür:
“Düşünürəm ki, Patrik Prioru Bakıya gətirən əsas məsələ İranın başlatdığı təhdid siyasəti və Zəngəzur dəhlizi ilə bağlıdır. Həmçinin ABŞ Azərbaycan-Ermənistan sülh danışılarını də diqqətlə izləyir. Ola bilər ki, yaxın zamanda Vaşinqtonun vasitəçiliyi ilə Bakı və İrəvan arasında növbəti görüş baş tutsun. Hazırda Azərbaycan regionun əsas aparıcı dövlətlərindəndir və bu cür yüksəkrütbəli rəsmilərin okeanın o tayından tez-tez Bakıya ziyarətlərinin hələ çox şahidi olacağıq”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












