İstanbul Kapalıçarşıda silahlı insident: Biri polis olmaqla altı nəfər yaralanıb - VİDEO

İstanbulun Fatih Beyazıt rayonunda iki düşmən qrup arasında silahlı qarşıdurma baş verib. Hadisəyə polis qrupları müdaxilə ediblər.
Əldə edilən məlumata görə, hadisə saat 10:00 radələrində Çadırcılar prospektində, Fatih Beyazıt Kapalıçarşısının (örtülü bazar - red.) girişində baş verib.
Bir-birinə düşmənçilik edən iki mağaza sahibi arasında silahlı qarşıdurma yaranıb. Hadisə yerinə sövq edilən polis qrupları hadisəyə müdaxilə ediblər.
İnsident nəticəsində biri polis əməkdaşı olmaqla altı nəfər yaralanıb. Sağlamlıq qrupları yaralılara müdaxilə ediblər və yaralılar xəstəxanaya aparılıblar. Polis qrupları isə bölgədə geniş təhlükəsizlik tədbirləri alıblar.
Hadisə şahidlərindən biri hadisəni şərh edib: “Dükanı açırdıq. Birdən səslər gəlməyə başladı. Ola bilsin, 100 silahdan atəş açıldı. Bir yükdaşıyanın vurulduğunu gördük. Onu təcili taksi ilə apardılar”.
Xəstəxanaya aparılan yaralı polisin həyati təhlükəsinin olmadığı, digər iki nəfərin isə vəziyyətlərinin ağır olduğu öyrənilib. Davada əli olduğu müəyyən edilən 23 nəfər də saxlanılıb. Şübhəlilər nəzarətə götürülüblər.
Mənbə: İHA
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












