Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı - YENİLƏNİB

Prokurorluğun vəsatətinin uzunmüddətli müzakirəsindən sonra məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini daha iki ay uzadıb.
Avtosfer.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib.
Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini vurğulayıb.
Sedrak Koçaryan özü isə məhkəmə iclasına gətirilməyib.
***
Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti və müxalif "Ermənistan" blokunun lideri Robert Koçaryanın həbs qətimkan tədbiri ilə bağlı məsələnin baxılmasını yekunlaşdırıb.
Avtosfer.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qərar oktyabrın 23-də axşam saatlarında elan ediləcək.
"Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılması başa çatıb. Məhkəmənin qərarı oktyabrın 23-də saat 17:30-da açıqlanacaq", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, avqustun 25-də müxalifətin "Ermənistan" fraksiyasından olan deputat Levon Koçaryanın mənzilində, eyni zamanda, Robert Koçaryanın evində və onun ailəsi ilə əlaqəli şəxslərin şirkətlərində, yaşayış yerlərində axtarışlar aparılıb. Həmin gün Ermənistanın Baş Prokurorluğu sabiq dövlət başçısına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, xüsusilə külli miqdarda rüşvətalma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işinin açıldığını bəyan edib.
Sözügedən işdə R.Koçaryanın hakimiyyəti illərində müdafiə naziri vəzifəsini tutmuş keçmiş prezident Serj Sarqsyanın da adı hallanır. Avqustun 26-da məhkəmə eks-prezidentin böyük oğlu Sedrak Koçaryanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Robert Koçaryanın özü barəsində isə ikiaylıq həbs qətimkan tədbiri avqustun 27-də tətbiq edilib. Bu qərar o, səhhətinin pisləşməsi səbəbindən Antikorrupsiya Komitəsindən aparıldığı xəstəxanadan buraxıldıqdan sonra icra olunub.
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO










