MTK-lar kommunal xidmətlərə görə ödənişi özbaşına artıra bilər? – EKSPERTDƏN AÇIQLAMA

MTK-lar özbaşına kommunal xidmətlərə görə ödənişi artıra bilər? – EKSPERTDƏN AÇIQLAMA
Ölkənin bir çox yeni tikililərində göstərilən xidmətlər müqabilində kommunal ödənişlərin məbləği artırılıb. Bununla əlaqədar olaraq sakinlərlə MTK-lar arasında son dövrlərdə mübahisələr və məhkəmə çəkişmələrinin sayı artmaqdadır.
Paytaxtın Nizami rayonunda yerləşən “Arko” və “Pronto” Mənzil-Tikinti Koorparativlərinin sakinləri Avtosfer.az-a şikayət edərək bildiriblər ki, yaşadıqları binanın sahibi olan şirkət “zibilpulu” adı altında xidmətlər üçün ödənilən kommunal ödənişin məbləğini artırıb.
Belə ki, əvvəllər 32 qəpikdən hesablanan “zibilpulu” növbəti aydan etibarən 45 qəpik olaraq hesablanacaq. Bununla da vətəndaşlar daha əvvəl kommunal xidmətlərə görə 24 manat ödəyirdisə, növbəti aydan 31 manat olaraq ödəməli olacaqlar. Məbləğin bu qədər artırılması isə sakinlərin haqlı narazılığına səbəb olub.
Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Əhmədov saytımıza açıqlamasında bildirib ki, idarəedici şirkət, yaxud sahibkar belə xidmətlərin qiymətlərinə dəyişiklik etdikləri zaman bina sakinləri ilə razılaşdırmaqları mütləqdir.

“Artırılan qiymət əsaslandırıldıqdan sonra binanın bütün sakinləri ilə razılaşdırılmalı və buna uyğun da xidmət göstərilməlidir. Qanunvericilikdə qeyd edilir ki, MTK-larda xidmət göstərən şirkətləri yalnız sakinlər müəyyən etməlidir. Bunun üçün belə yaşayış yerlərində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) adlı təşkilatlanmalar da yarada bilərlər. Bu təşkilat sakinlərin hər birinin daxil olduğu cəmiyyət olmalıdır. Həmin kiçik qurumun özü binaya xidmət edən şirkəti seçir. Bununla bağlı müsabiqə də elan edilə bilərlər. əgər bina sakinləri belə xidmətlər təklif edən şirkətlərlə razılığa gələ bilməsələr, o zaman MTK-lar binanı təhvil verdikdən 6 ay sonra yerli bələdiyyələr tərəfindən müsabiqə elan edilə və uyğun şirkət tapıla bilər. Şirkət tapıldıqdan sonra onların təklif etdiyi və sakinklərin təklif etdiyi məbləğdə ortaq məxrəcə gəlmək mütləqdir.
Bununla yanaşı bir çox idarəçi şirkətlər var ki, onlar binaların idarəetməsini götürürlər və müqqavilə imzalanadıqdan sonra binanın görünüşü, təmizliyi, mühafizəsi ilə bağlı məsələlərin hər birini öz üzərinə götürürlər”.
İqtisadçı ekspert sonda onu da vurğulayıb ki, MTK-ların idarəetmə formasından narazı olan sakinlər özləri bütün binanın idarəetməsinə nəzarət etdikləri zaman həmin ərazi ilə bağlı narazılıqların aradan qalxdığı son dövrlərin təcrübəsində müşahidə olunub.
Səfər
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB
Gecələr kabusa çevrilən qəsəbə: İşıqlar işləmir, yük maşınları sürət həddini aşır - VİDEO
Xocalı soyqırımı türk dünyasının siyasi həmrəyliyini necə formalaşdırıb? - Ekspert AÇIQLADI
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTO - VİDEO
"Tarixin bir günü", "Elgizlə izlə" və digər verilişlərlə bağlı şikayətlərə - RƏSMİ CAVAB








