Nüvədi Azərbaycana təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır

Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Konstitusiyasında guya ərazi iddiasının olması ilə bağlı hansısa bir müddəanın yer almasına dair yanaşması tamamilə məntiqsizdir. Əslində Ermənistan konstitusiyasında və digər qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. İndiki halda Paşinyan buna qarşı özünün əsassız arqumentlərini ortaya qoymağa çalışır.
Avtosfer.az xəbər verir ki, bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.
O qeyd edib ki, Paşinyanın məqsədi Azərbaycanın haqlı tələblərini gündəmdən çıxarmaqdır:
“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu üçün erməni tərəfi tarixi Azərbaycan torpaqlarına iddia edəcəyini düşünür. AXC-nin varislik prinsipi Azərbaycan Konstitusiyasında əksini tapıb. Ermənistan tərəfi isə bunu özlərinə qarşı ərazi iddiası kimi yozmaq niyyətindədir”.
Siyasi şərhçiyə görə, əslində Paşinyan AXC dövründə Azərbaycanın hansı ərazilərə sahib olduğunu bir növ etiraf edib:
“Sadəcə olaraq o öz istəyi ilə bunu demir. Arqumentlərini gücləndirmək üçün belə gediş edir. Amma bu məsələdən Azərbaycan əks-arqument kimi istifadə edə bilər”.
Asif Nərimanlı hesab edir ki, bu günə qədər erməni tarixçilərinin bütün əsassız iddiaları elə Paşinyanın arqumenti ilə alt-üst edilir:
“Faktiki olaraq onlar Zəngəzur, Göyçə, Dərələyəz və digər torpaqların tarixi Azərbaycan ərazisi olduğunu etiraf edib. Bu amil Azərbaycanın digər istiqamətlərdə atacağı addımlarda əlini gücləndirə bilər. Bunun Zəngəzur dəhlizi məsələsinə təsiri ilə bağlı da arqumentlər var. Azərbaycan Nüvədi kəndini tələb etməklə Zəngəzur dəhlizinin 12 km-ə qədər azalmasına nail olar”.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










