Özünü FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verildi - DİN

Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin beynəlxalq axtarışa verildiyi məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov Avtosfer.az-a bildirib ki, R.Əhmədli əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, R.Əhmədli 2021-ci ilin noyabr ayından dələduzluq maddəsi ilə beynəlxalq axtarışa verilib: “Rasim Əhmədlinin yerinin müəyyən edilib saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycanın FHN-nin polkovniki Rasim Əhmədli rəhbərlik etdiyi heyətlə Marmarisə gələrək təbii fəlakətlə mübarizə aparıb. M.Oktay həmin şəxslə yenidən görüşdüyünü yazıb. Bələdiyyə sədri özünü FHN polkovniki kimi təqdim edən şəxə plaket təqdim edib və görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.
Bələdiyyə sədrinin paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmədli adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxs nazirlikdə işləmir.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










