"Paytaxt sakinləri avtobus sürücülərindən şikayətrçidir" - NİİM

Bu il iki ayı ərzində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin “141” Qaynar xəttinə daxil olan şikayətlərin 95%-i avtobuslarla bağlı olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rauf Mirqulamov deyib.
Onun sözlərinə görə, şikayətlərin 20%-i avtobusları dayanacaqdan kənar saxlanılması, 25%-i avtobusun tələb olunduğundan artıq sərnişin götürməsi, 25 %-i isə avtobusun salonlarının natəmiz olması ilə bağlıdır.
Bununla yanaşı, NİİM-ə daxil olan şikayətlərin 10%-i marşrut xətlərinin yenidən bərpa edilməsi,15%-i sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi və ya siqaret çəkmə halları, 5% isə digər hallarla bağlı olub.
R.Mirqulamov bildirib ki, “141” Qaynar Xətt xidmətinə yalnız şikayətlər deyil, təklif, sorğu xarakterli zənglər də olur. “Təklif xarakterli zənglər Mərkəzin aidiyyəti şöbəsi tərəfindən araşdırılır və gələcəkdə onların həyata keçirilməsinin mümkünlüyü müzakirə olunur. Bundan başqa, irad xarakterli sorğular nəzərə alınaraq, müzakirə olunur və onlar üzərində işlərə başlanılır. Mərkəzin fəaliyyətinə aid olmayan zənglər, şikayət və sorğular isə aidiyyəti orqanlara yönləndirilir”.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












