Piyadalar üçün dünyanın ən pis ölkələri açıqlandı

Bir çox turist yeni yerləri gəzərək kəşf etməyə üstünlük verir. Ancaq bir sıra səbəblərə görə həmişə uğur qazana bilmirlər.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, yeni müzakirədə "Reddit" istifadəçiləri hansı şəhərlərdə/ölkələrdə piyada kimi "ən pis təcrübə" yaşadıqlarını açıqlayıblar.
"Mən hansısa ölkəyə səfər edəndə şəhərlərin piyadalar üçün nə qədər əlverişli olduğunu görmək istəyirəm. Səkilərin piyadalar üçün nə dərəcədə uyğun olduğunu, aydın olub-olmadığını, üzərində stulların olub-olmadığını, orada avtomobillərin dayanıb-dayanmadığını görməyi xoşlayıram. Mənim üçün piyada keçidində piyadalara hörmət baxımından ən az xoşa gələn ölkələr Türkiyə və Misir olub", deyə bu müzakirəni başlatan "Lakuriqidite" ləqəbli istifadəçi bildirib.
Bir çox istifadəçi onunla Türkiyə və Misirdəki trafiklə bağlı həmfikir olub.
Qeyd edək ki, müzakirədə iştirak edən istifadəçilər ən çox Asiya ölkələrində, xüsusən də İndoneziya, Hindistan, Filippin, Vyetnam, Malayziya, Tailand və s.-də piyadalar üçün yaradılan şəraitdən şikayət ediblər.
"Filippin. Bir dəfə sadəcə yolu keçmək üçün taksiyə minməli oldum, çünki piyadaların keçəcəyi yer yox idi", deyə "Sudoku602" ləqəbli istifadəçi şikayət edib.
"Yolu keçmək üçün mənə tunel lazım idi. Sonra bir gün istifadə etmək lazım olanda gecə onu bağlamağa başladılar. Mühafizəçidən niyə bağlandığını soruşdum. Dedi ki, mühafizəçi tutmaq məcburiyyətində deyillər. Səhv etmirsiniz, onlar mühafizəçi tutmaq məcburiyyətində qalmasınlar deyə insanları kənarda saxlamaq üçün mühafizəçi tutdular", deyə istifadəçi "Nlderek" yazıb.
"Broad-Cranberry-9050" istifadəçisi yazır: "Roma... Maşınlar sadəcə olaraq piyadalar üçün dayanmırdı, istənilən kiçik xiyaban küçəyə çevrilirdi və ehtiyatlı olmasan arxanca maşın uğuldayardı. Sanki hər yerdən maşınlar gəlirdi".
"Retired_Type_3916" istifadəçisi İtaliya paytaxtının küçələrində sağ qalmaq üçün rahibələrlə küçəni keçməyə çalışdıqlarını bildirib.
Həmçinin, bir çox səyyahlar İtaliya Neapolunda çılğın hərəkəti qeyd edib, təpəlik küçələri skuterlər tərəfindən zəbt olunur, piyadalara qətiyyən əhəmiyyət verilmir.
Bundan əlavə, istifadəçilər Amsterdamda (Niderland) piyada keçidlərində insanlara tamamilə məhəl qoymayan velosipedçilərdən şikayət ediblər.
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR











