Pozulan, əzilən maşın nömrələri ilə bağlı yeni qərar qəbul olunub? - RƏSMİ

Sosial şəbəkələrdə Dövlət Yol Polisi tərəfində avtomobillərin nömrələri ilə bağlı yeni qərar qəbul edildiyi barədə məlumatlar yayılıb.
Avtosfer.az xəbər verir ki, yayılan məlumatlarda iddia olunan yeni qərara əsasən, dövlət qeydiyyat nişanlarının rəngi solan, bir işarənin belə görünmədiyi avtomobillər yol polisləri tərəfindən saxlanılır. Onlar 80 manat cərimələnir və birbaşa cərimə meydançasına aparılır. İddialara görə, hətta bununla bağlı reydlər keçirildiyi də bildirilib. Məsələ barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, dövlət qeydiyyat nişanlarındakı tələblərin yəni standartların tələblərinin pozulması ilə bağlı yeni qərar qəbul olunmayıb:
Araz Əsgərli
“Dövlət qeydiyyat nişanları barədə standartlar həmişə olub və bunu sürücülərdə bilir. Bu standartlara əsasən, avtomobil sahibi həmin qeydiyyat nişanlarını təyin olunan yerdə və standartlara uyğun yəni müdaxilə etmədən, eləcədə istismara yararlılığına nəzarət edərək daşımalıdır. Əgər nömrə pozulubsa, qəza zamanı əzilibsə, yəni onun görünməsi mümkün deyilsə, bu inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən də bu halda həmin avtomobilin duracağa yerləşdirilməsi qanunidir və həmin müddət ərzində nöqsan aradan qaldırılmalıdır. Həmçinin bu halda sürücü İXM-nin 342.7-ci maddəsinə (Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə) əsasən, avtomobil sahibləri 60 manat cərimə olunur. Sözügedən standartlar isə aidiyyatı üzrə 2004-cü ildən müəyyən edilib. Sürücülərdən xahiş edirik ki, avtomobil qeydiyyat nişanlarında pozuntu, silinmə və s. varsa yaşadıqları ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbələrinə müraciət etsinlər. Bunun üçün onlar köhnə nömrəni gətirərək dövlət rüsumunu ödəməklə yenisini əldə edə bilərlər”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











