Pullu yol nə vaxt hazır olacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO

Ödənişli olması nəzərdə tutulan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi istiqamətində yeni yolun tikintisi davam edir.
Avtosfer.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, uzunluğu 150 kilometr olan yolda işlər bu ilin sonunda başa çatdırılacaq. Ödənişli yola yük avtomobilləri məhdudiyyətlə buraxılacaq. Bu məqsədlə yolun giriş və çıxışlarında zəruri infrastruktur yaradılır. Yoldan istifadə tariflərinin cari ilin sonuna qədər açıqlanacağı gözlənilir. Ödənişli yola paralel olan Bakı-Quba yolunun təmiri də davam edir. Anar Nəcəflinin sözlərinə görə, köhnə yol Sumqayıtdan başlayaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində genişləndirilir. Bu yolda da təmir işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI











