Qeybə çəkilən taksilər nə vaxt zühur EDƏCƏKLƏR?

Adətən taksi təcili harasa getmək üçün, yaxud fors-major hallarda istifadə edilən nəqliyyat növü hesab olunur. Lakin xarici tətbiqlərin ölkəmizə ayaq açmasından sonra, xüsusilə də pandemiya dönəmində taksilərdən istifadə kütləvi hal almağa başladı. Bu isə qiymətlərin ucuzlaşmasına səbəb olmaqla yanaşı, taksi sistemində keyfiyyətə də ciddi zərbə vurdu.
Taksilərin sayı 2 dəfəyə qədər azalıb
2024-cü ildə taksilərlə bağlı bir çox yeni qərarlar qəbul edildi. Bunda məqsəd həm taksilərin keyfiyyətini artırmaq, həm də nəzarəti gücləndirmək idi. Köhnə avtomobillər sıradan çıxarıldı, taksi sürücüləri üçün xüsusi sertifikatlaşdırılma sisteminə keçirildi. Amma bu cür islahatların tətbiqi taksilərin sayının azalmasına səbəb oldu. Belə ki, əvvəllər 60-70 000 taksi sayı hazırda 35 minə enib.
Belə olan halda isə qiymətlərin yüksəlməsi ilə yanaşı, taksi tapmaq da müşkül məsələyə çevrilib. Artıq 15-20 dəqiqə taksi gözləmək, pik saatlarda, ümumiyyətlə, taksi tapmamaq adi hala çevrilib.
Bəs taksi problemi nə zaman həll oluna bilər?
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Yasin Mustafayev Bizim.Media-ya verdiyi açıqlmaya görə, islahat dövrü olduğu üçün taksi çatışmazlığı var. Onun sözlərinə görə, bunun qaydasına düşməsi üçün vaxt lazımdır:
“İslahatlar hazırda nizamlanma prosesindədir. Bununla bərabər təlatüm yaşanır, müəyyən uyğunsuzluqlar, taksilərin azalması kimi problemlər yaranır. İslahatlar zamanı belə çətinliklərin yaranması labüddür. İslahatlar başa çatana qədər uyğunlaşma prosesi davam edəcək. Bütün bu proseslərin sonunda oturuşmuş fəaliyyət görəcəyimizə ümid edirəm”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












