"Rusiyalı hərbçilər Laçın dəhlizindən kimi gəldi buraxırlar" - "BİZİM BİR NÖMRƏLİ VƏZİFƏMİZ..."
Gündəm
23 Dekabr 2021 12:22

Azərbaycan prezidenti ötən həftə Brüsseldə demişdi ki, Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacaq və Azərbaycan sərhəd, gömrük xidmətini Laçın istiqamətində yerləşdirəcək. Dünən xəbər yayılıb ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres Laçın dəhlizi üzərindən Qarabağa qanunsuz səfər edib. Belə çıxır ki, rusiyalı hərbçilər Laçın dəhlizindən kimi gəldi buraxırlar, veclərinə də deyil.
Məsələyə münasibət bildirən siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Valeri Pekresi arzuolunmaz şəxs elan edə bilər. Ancaq bu, çıxış yolu deyil: “Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimi şəxslər Azərbaycanın icazəsi almadan ərazimizə daxil olub erməni separatçıları görüşə bilməsinlər. Əks halda Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq”.
E.Şahinoğlunun sözlərinə görə, Fransa prezidentliyinə namizədin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və digərləri də Azərbaycana qanunsuz daxil olacaqlar.
“Elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara dəftərindəki” isimlərin sayı artsın və bununla müxtəli dövlətlərlə münasibətlərdə gərginliklər yaşayaq. Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Elə ermənilər də bunu arzulayır. Odur ki, bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir”.
Oxunub : 886
DİGƏR XƏBƏRLƏR
6 Oktyabr 2026 15:18
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
6 Oktyabr 2026 15:11
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
6 Oktyabr 2026 13:41
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
6 Oktyabr 2026 12:11
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
6 Oktyabr 2026 12:00
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
6 Oktyabr 2026 10:30
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
6 Oktyabr 2026 08:19
Bu yollarda tıxac var - SİYAHI
5 Oktyabr 2026 21:55
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
5 Oktyabr 2026 11:06
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
5 Oktyabr 2026 11:00
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
5 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
4 Oktyabr 2026 11:08
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
ŞƏRH YAZ












