Sabah qar yağacaq, şaxta olacaq

Dekabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 3°-dək isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Dekabrın 23-24-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-3° şaxta olacaq.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










